Son xəbərlər

 

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı.

Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatı ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”, - nazir qeyd edib.

Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı:

“Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq.

İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların bir hissəsi xilas edilib.

Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

R.Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar:

“Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”.

27 Dekabr 2024 Nazarbayev İlham Əliyevə başsağlığı verdi
27 Dekabr 2024 Rusiya üzr istəyib, təzminat ödəyəcək - Markov
27 Dekabr 2024 Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi
27 Dekabr 2024 Təyyarə buna görə qəzaya uğrayıb - AZAL
27 Dekabr 2024 Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi
27 Dekabr 2024 Bakıdan üzr istəyin, münaqişə yaratmayın! - Şevçenko
27 Dekabr 2024 Bakı dərhal üzr istəmişdi: Moskva niyə gecikir? – Rus ekspert
27 Dekabr 2024 Qəza ilə bağlı şok faktlar: Təyyarə məhz orada vurulub!
27 Dekabr 2024 Milli Məclis təyyarə qəzası ilə bağlı başsağlığı verdi
27 Dekabr 2024 İqorun uçuş zamanı təkrarladığı söz... - Dostu danışdı
27 Dekabr 2024 Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 Dekabr 2024 Bakı Rusiya və Qazaxıstanın bu təklifini rədd etdi
27 Dekabr 2024 Qroznı hava limanında uçuşlar məhdudlaşdırıldı
27 Dekabr 2024 Təyyarə qəzasında xəsarət alanların son durumu... - Nazir
27 Dekabr 2024 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə…
27 Dekabr 2024 Dünya mediası pilotlarımızdan yazır: nələr ediblər?
26 Dekabr 2024 Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
26 Dekabr 2024 Qəzada həlak olan Azərbaycan vətəndaşları - Siyahı
26 Dekabr 2024 Lavrov: Ukraynaya atəşkəs buna görə lazımdır
26 Dekabr 2024 Pezeşkian İlham Əliyevə zəng etdi
26 Dekabr 2024 Biz dünya ilə vuruşmamalıyıq - Pezeşkian
26 Dekabr 2024 Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
26 Dekabr 2024 Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?
26 Dekabr 2024 Szinpin İlham Əliyevə başsağlığı verdi
26 Dekabr 2024 Filemon Yanq Azərbaycana başsağlığı verdi
26 Dekabr 2024 Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi
26 Dekabr 2024 Bu gün Azərbaycanda matəmdir
26 Dekabr 2024 Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?
26 Dekabr 2024 İsrail bir neçə ilə yox olacaq – Fədavi
26 Dekabr 2024 2025-də dünyanın 3 əsas münaqişə ocağı...