Son xəbərlər

 

Bu ilin əvvəlində verdiyim müsahibələrdə qeyd etmişdim ki, 2024-cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq.

Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Cənub zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu, İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi.

Axar.az xəbər verir ki, bunu Referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:

“Ümumiyyətlə, bir neçə növ zəlzələ var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.

O qeyd edib ki, hiss olunan zəlzələ dedikdə maqnitudası 4.5-5.5 civarında olan zəlzələ nəzərdə tutulur:

“Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya daxildir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir-birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki cənub zonasında olan zəlzələ tektonik-seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil”.

Qulam Babayev zəlzələ zamanı insanların davranışlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib:

“Zəlzələ baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

06 İyul 2024 İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi
06 İyul 2024 ABŞ və Ermənistan birgə təlimə başlayır
06 İyul 2024 O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
06 İyul 2024 Pezeşkian prezident oldu: İrəvan narahatdır, Bakı qərarlı…
06 İyul 2024 Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır
06 İyul 2024 Onların Bakı ilə bağlı mövqeyi Ankaranı qane etmir
06 İyul 2024 Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi
06 İyul 2024 Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir - Əliyev
05 İyul 2024 Xamenei Pezeşkianın seçilməsini buna görə istəyir
05 İyul 2024 Elxan Şahinoğlu namizədliyini irəli sürdü
05 İyul 2024 Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan
05 İyul 2024 Prezident “İsa bulağı”nda çay içdi - Fotolar
05 İyul 2024 Simonyan: Top Azərbaycandadır
05 İyul 2024 Leyboristlər hakimiyyətə gəldi: Britaniya “dəyişəcək”?
05 İyul 2024 Keçmiş prezident Pezeşkiana səs verdi
05 İyul 2024 Rişi Sunak istefa verdi
05 İyul 2024 Zelenskinin sualı rezonans yaratdı: Ukrayna təslim olur?
04 İyul 2024 “Plastik əməliyyat günahdır”
04 İyul 2024 Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü
04 İyul 2024 “Uşaq xəstə olub...” - Əhmədin dayısı
04 İyul 2024 Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari
04 İyul 2024 Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General
04 İyul 2024 Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi
04 İyul 2024 Ceyhun Musaoğluya vəzifə verildi
04 İyul 2024 Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri
04 İyul 2024 Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər
04 İyul 2024 Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
04 İyul 2024 Ərdoğan vasitəçi ola bilməz - Kreml
04 İyul 2024 Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
03 İyul 2024 Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi