Prezidentliyə azərbaycanlı namizəd Məsud Pezeşkianın başqa namizədlərdən fərqli olması göz qabağındadır, ancaq onun da verdiyi vədlərdə qeyri-adi bir şey yoxdur və bu, istənilən normal hökumət tərəfindən həyata keçiriməlidir.

Sadəcə İran hakimiyyəti adi hüquqları da məhdudlaşdırdığı üçün Pezeşkianın vədləri cəlbedici görünür.

Bu sözləri Axar.az-a açıqlamasında Tehranda yaşayan mədəniyyət xadimi Rəşid Həsəni deyib.

O, azərbaycanlıların, türklərin Məsud Pezeşkiana rəğbət göstərmələrini daha çox onun qeyri-fars xalqaların hüquqları ilə bağlı ədalətli mövqeyinə görə olduğunu bildirib:

“Məsud Pezeşkianın İran konstitusiyasının 15-ci maddəsinin tətbiqinin vacibliyi, qeyri-fars xalqların hüquqlarının bərpası, ana dillərində təhsil hüquqlarının təmini ilə bağlı dedikləri türklərlə yanaşı başqa xalqların da ona maraq göstərməsinə səbəb olub. Bu, onun qeyri-fars bölgələrinə səfəri zamanı izdihamlı qarşılama mərasimlərindən də görünür. Bununla yanaşı, türk namizədin bölgələrin sərvətlərinin mərkəzə daşınmaması, sərvətlərin çox qisminin aid olduğu əyalətlərin inkişafına xərclənməsi ilə bağlı çıxışları da cəlbedicidir”.

Onun fikrincə, türk namizədin dediklərini və verdiyi vədləri yerinə yetirmək üçün çalışacağı gözləniləndir:

“Birinci ona görə ki, onun dediklərinin hamısı İran konstitusiyasında əks olunub və o, əlavə, yerinə yetirilməsi imkansız olan qeyri-adi vədlər vermir. Pezeşkian sadəcə qanunun və bu günə kimi qəbul olunmuş ,amma yerinə yetirilməyən qərarların həyata keçirilməsinə çalışmalıdır.Bu qədərinə isə onun səlahiyyət və gücü çatar. İkinci, o, bu sözləri prezident seçilmək üçün demir, bundan əvvəl də dəfələrlə bu barədə çıxışlar edib, hökumətin qeyd olunan məsələlərlə bağlı siyasətini qınayıb. Ən vacibi odur ki, Pezeşkian başqalarından fərqli olaraq vəzifə və sərvətə həris, acgöz adam deyil, seçildiyi təqdirdə ya dediklərini edəcək və ya vəzifədən çəkiləcək”.

O, türk namizədin qonşu ölkələr və ümumiyyətlə, dünya ilə dialoq və sülhün tərəfdarı olduğuna, qadınların, təhsil işçilərinin, dini və milli azlıqların, yeni nəslin problemlərinə qayğı ilə yanaşdığına görə gənclər, tələbələr arasında ciddi nüfuza malik olduğuna diqqət çəkib.

Rəşid Həsəni həmçinin Məsud Pezeşkianın pluralist düşüncə, dünyagörüşünə görə həm dünyəvi, həm də dini təfəkkürə malik insanlar tərəfindən də qəbul edildiyini qeyd edib:

“Bu dediklərim vətəndaşları, türkləri seçkilərə dəvət kimi qəbul edilməsin. Əslində bütün bu dediklərimə baxmayaraq, özüm səsvermədə iştirak etməyəcəyəm, ailəmə də iştirak etməməyi tövsiyə etmişəm”.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
26 İyun 2024 Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu