İranda 14-cü prezident seçkilərində Təbrizin millət vəkili Məsud Pezeşkianın namizədliyini irəli sürməsi Güney Azərbaycan və ümumiyyətlə İranda yaşayan türklərin müasir tarixində daha bir yaddaqalan mərhələnin başlanmasına səbəb olub.

 

Axar.az xəbər verir ki, bu, İran səviyyəsində Azərbaycan məsələsinin, türklərin milli hüquqları və kimlikləri ilə bağlı tələblərinin hər hansı formada hallanması ilə bağlıdır.

Məsud Pezeşkianın prezident seçiləcəyi təqdirdə belə hansısa möcüzə edə, İranda hakim olan sistemin dəyişdirilməsi və ya islahatı üçün ciddi addım ata bilməyəcəyi bəri başdan məlumdur. Pezeşkian da başqa namizədlər kimi ölkədə dini liderin mütləq hakimiyyətini diktə edən və dinin, onun təmsilçisi olan ölkə rəhbərinin hegemonluğunu təsbit edən 110-cu maddəni (Vilayəti Fəqih) ya könüllü və ya məcburi şəkildə qəbul edib. Həmin institut ləğv edilməyənə, ölkədə din siyasətdən ayrılmayana, hakimiyyətdən düşməyənə qədər İranda ciddi dəyişiklik gözləmək mümkün deyil.

İndiki vəziyyətdə heç bir repressiya və korrupsiyada adı hallanmayan Məsud Pezeşkianın namizədliyini irəli sürməsi İranda yaşayan türklərin özünə inam, özünə güvən və milli kimlikləri ilə bağlı məsələlərinin daha geiş səviyyədə müzakirəsinə, gündəmə gəlməsinə yol aça bilərdi. Ancaq bu dəfə də azərbaycanlılar təşkilatlanmış şəkildə hərəkət etmədikləri üçün yaranmış qızıl fürsətdən kifayət qədər istifadə edə, ölkə səviyyəsində tələblərini daha yüksək kürsülərdə hallandıra bilmədilər.

Xüsusən xaricdə yaşayan bir sıra azərbaycanlı, milli düşərgəyə mənsub şəxs və qurumların bir qismi ümumiran müxalifəti ilə eyni mövqedən çıxış edib, onların dedikləri və tələblərini təkrarlayıb, seçkiləri boykot məsələsindən belə yetərli istifadə edə bilmədilər.

Pezeşkianın 26 iyunda Təbrizə səfəri isə bir sıra məqamlara aydınlıq gətirdi: seçkiləri birmənalı olaraq boykot edən türklərin Məsud Pezeşkianı qarşılamağa getməsi, onların İranda prezident seçkilərinə deyil, yaranmış imkanlardan istifadə edərək hüquqlarını ifadə etməyə fürsət axtardıqlarını göstərdi.

Həmin görüş və seçki mitinqində iştirak edənlər yerli mediaya verdikləri müsahibələrində bunu dilə gətirib, seçkilərin nəticələrindən müsbət nəsə gözləmədikləri halda, azərbaycanlıların tələblərinin səsləndirilməsində maraqlı olduqları üçün Pezeşkianı qarşıladıqlarını bildirdilər.

Həmin görüşdə şüarlar formasında irəli sürülən tələblər və azərbaycanlı namizədin bunu qəbul etməsi, onların həlli üçün çalışacağı isə bütün çatışmazlıqlara baxmayaraq, müsbət addım kimi dəyərləndirilə bilər.

Görüş mitinqində Məsud Pezeşkian Urmiya gölünün bərpası, Vərziğanın Süngün mis mədəninin qeyri-azərbaycanlılar tərəfindən talanması, Təbriz təmsilçisi "Traktor" futbol klubunun problemlərinin həlli, qadınların, müəllimlərin və tələbələrin hüquqlarının təmin olunması barədə vəd verdi.

Bunlar azərbaycanlıların çoxsaylı probleminin sadəcə bir qismidir və əlbəttə ki, onların həll edilməsi ilə belə hər şey bitmiş hesab edilə bilməz. Ancaq indiki şəraitdə, Pezeşkiana qarşı bütün cinahlardan təzyiq və hücumların olduğu bir zamanda bu məsələlərin yüksək tribunadan səsləndirilməsi yaxşı haldır.

Bütün bunlara baxmayaraq, İranda istənilən seçkini boykot etmək, rejimin legitimliyinə icazə verməmək ən doğru seçimdir.

Sadəcə boykot etməyib və səsvermədə iştirak edənlərin Məsud Pezeşkiana səs vermələri məqbuldur.

Qeyd edək ki, İranda prezident seçkiləri bu gün keçirilir.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
26 İyun 2024 Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu