Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Rusiyalı diplomat Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyəti ilə maraqlanıb. Ceyhun Bayramov sülh sazişinin imzalanmasına əngəl olan amili Xovayevin diqqətinə çatdırıb: Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ortadan qaldırılmayıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bundan əvvəl Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının sülh prosesinə maneəsini Prezident İlham Əliyev telefonda ABŞ Dövlət katibi Entoni Blinkenin diqqətinə çatdırmışdı:

“Xovayevdən əvvəl ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono Bakıda olmuşdu və bu problem ona da bildirilmişdi.

 

Beləliklə, ATƏT-in Minsk Qrupunun keçmiş iki həmsədri – ABŞ və Rusiya Azərbaycanla Ermənistan danışıqlarını diqqətlə izləyir və birinci əldən məlumat əldə edirlər. Minsk Qrupunun keçmiş üçüncü həmsədri Fransa isə Prezident Emmanuel Makronun yanlış siyasəti ucbatından oyundankənar vəziyyətdə qalıb. Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokföy sonuncu dəfə iki il əvvəl Bakıda olub və Prezident İlham Əliyevlə görüşüb. O zaman Emmanuel Makron ikinci dəfə prezident seçilmişdi və rəsmi Bakının azca ümidi var idi ki, Paris Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə edəcək. Etmədi və buna görə də Rokföy ancaq İrəvana səfər edə bilir. Makron Rokföyün Bakıya yolunu qapadıb. Bununla Paris Vaşinqtonla Moskvanın gerisində qalıb”.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi