Dağıstanda son baş verənlərin heç biri təsadüfi deyil.

Vladimir Putinin Şimali Koreya və Vyetnama səfərindən sonra Ukraynanın Sevastopola endirdiyi raket zərbələri Moskvaya verilmiş açıq mesaj idi. Ancaq Dağıstanda yaşananları daxili və xarici qüvvələrin qarışıq şəkildə atdığı bir addım kimi dəyərləndirmək mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

“Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun övladlarının və qardaşı oğlunun polisə atəş açanların içərisində olması, provaslavlar üçün müqəddəs hesab edilən bazar günündə kilsə və sinaqoqun hədəf alınması, orada 40 ildən artıq çalışan din xadiminin öldürülməsi hadisənin həm daxili çəkişmənin, həm də xarici dairələrin fəaliyyətinin nəticəsi olduğunu üzə çıxarır. Bu qədər təsadüfün bir anda baş verməsi mümkün deyil. Bununla yanaşı, biz “Krokus Siti Holl”da baş verən terror aktından fərqli olaraq, Dağıstandakı hadisələrlə bağlı yanaşmaların müxtəlif olduğunu deyə bilərik. “Krokus”da Putin və yaxın ətrafı birbaşa Ukraynanı günahlandırdı, burda isə dövlət başçısı susub, Moskvaya yaxın qruplar aktın arxasında Rusiyaya qarşı olan radikal dini qrupların dayandığını, Dağıstandakılar isə xaricdən qaynaqlandığını deyirlər. Ancaq konkret şəkildə təşkilatçıların hansı qüvvələr olduğunu demək üçün dərin və çoxşaxəli kəşfiyyat araşdırması tələb edilir”, - professor bildirib.

Alim Dağıstandakı silahlı hücumun bütün parametrlər üzrə konkret terror aktı kimi qiymətləndirilməsinin hələ tez olduğunu vurğulayıb:

 

“Biz Rusiyanın dövlət rəsmilərinin açıqlamalarına əsasən son silahlı hücuma terror aktı deyirik. Amma təfərrüat tam üzə çıxmadığı üçün bunun terror aktı, dar çərçivədə hansısa məqsədə çatmaq üçün törədilən cinayət, yaxud daxili çəkişmə olduğunu demək çox çətindir. Çünki hər şey bir-birinə qarışıb və cavab tələb edən açıq suallar həddindən çoxdur. Yəni terror aktı olması üçün arxasında bir terror təşkilatı durmalıdır. Amma burda terror təşkilatı yoxdur, öldürülən silahlı şəxslərin əksəriyyəti eyni kənddəndir, bir-birinə qohumdur və s. Əlbəttə ki, müəyyən müddət keçdikdən sonra hər şey daha da aydınlaşacaq”.

Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə baş verən silahlı hücum nəticəsində ən azı 16 polis, 5 mülki şəxs ölüb, onlarla yaralı var.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi