Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.