Son xəbərlər

 

Bunu etmək olarsa və Ankara beynəlxalq məhkəmələr vasitəsilə maliyyə məsuliyyətinə cəlb edilə bilərsə, bu, məntiqlidir.

 

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan həmkarı Andranik Köçəryanın “soyqırım” zamanı “öldürülən” 1,5 milyon erməninin adlarının və məlumatlarının siyahısının tərtib edilməsi təklifini şərh edərkən deyib.

“Lakin buna dəhşətli bir hadisə kimi baxsanız, o zaman arifmetika mənasını itirir. Soyqırım olub və soyqırım təkcə fiziki məhv deyil, həm də insanların didərgin salınmasıdır. Soyqırım faktını heç kim inkar edə bilməz”, - o bildirib.

Ağazaryan qeyd edib ki, Ermənistan Türkiyəyə qarşı iddia ilə bağlı heç bir hüquqi akt təqdim edə bilməz:

“Çünki “soyqırım” Osmanlı İmperiyasında baş verib və burada hökumət siyasəti nəticəsində bütöv bir xalq məhv edilib, didərgin düşüb. Biz o zaman dövlət olaraq yox idik, ona görə də tələb edən tərəf ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir insan iddia ilə çıxış edərək hər şeyi əsaslandıra bilsə, bu başqa məsələdir. Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: bu torpaqları Ermənistana verin? Hansı beynəlxalq normalara əsasən?”

Qeyd edək ki, 24 aprel qondarma “erməni soyqırımı” yaxınlaşdıqca, müxalifətin Paşinyan iqtidarına təzyiqləri artıb. Bu “tarixi gündə” paşinyanın necə çıxış edəcəyi artıq indidən təhdidedici tonda izlənilir. Bu isə hakim partiya üzvlərinin qondarma “soyqırım”la bağlı illərdir uydurulan erməni nağıllarını təkrarlamasına səbəb olur.

29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi