Son xəbərlər

 

“Əli Kərimli bitmiş, qurtarmış, xərclənmiş adamdır. Ona görə çırpınır. Ona görə hər gün, hər mövsüm yeni riyakarlıqlarla, növbəti imitasiyalarla, sərsəm-sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. Ona görə “mən də varam” kompleksinə girib. Ona görə xarici piştaxtalarda keçi qiymətinə satılmağı, kimlərinsə “əl meymunu” olmağı özünə rəva bilir. Xaric məsələsini niyə xüsusi qeyd elədim? Çünki son mitinq təşəbbüsü, aksiya sifarişi xaricdə qərarlaşan anti-Azərbaycan qüvvələrindən gəlib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.


Onun sözlərinə görə, mesaj oradan ötürülüb və Əli Kərimli adında vətən xaini də “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək həmin mitinqin anonsunu verib: “Məndə olan informasiyalara görə hələ yalnız anons, elan üçün bu yaramaz gədəyə 55 min avro pul ödənilib. Daha dəqiq desəm: həmin pul oğlu Türkelin İsveçrədəki bank hesabına yatırılıb.

Alçaqdır bunlar. Namərddir bunlar. Vətən satmağı özlərinə prioritet seçən, düşmən dəyirmanına su tökən, erməni əlinə oynayan binamusdur bunlar”.

“Bir adam ki, hansısa ölkənin xüsusi xidmət orqanının əlində, ovcunda, cibində, sərəncamında ola, bir adam ki, Şuşanın işğaldan azad edilməyinə sevinməyə, bir adam ki, Mark Şvabeni öz saytında reklam edə, bir adam ki, Cəmil Həsənli kimi üzdənirağı özünə “fəxri sədr” seçə, bir adam ki, Kardaşyanın mənəvi irsindən bəhrələnə, hər əməli ilə ona oxşamağa çalışa, beləsindən nə gözləmək olar? Əlbət ki, heç nə!

Ona görə də bu zavallılar, bu bitmişlər, bu yarımçıqlar fiaskoya məhkumdurlar. Rəzillik, şərəfsizlik, nadanlıq Əli Kərimlinin alnına yazılıb və o, bu möhürü, bu adı öz üzərindən heç zaman götürə, silə bilməyəcək. Çünki layiqdir!”,- deyə o əlavə edib.

29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi