Son xəbərlər

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb.

 

Nazirlikdən Axar.az-a verilən məlumata görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.

Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.

Qeyd olunub ki, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.

29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi