Son xəbərlər

 

Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

"Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar idilər. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır. Sənəti sevib gəlmək lazımdır", - deyə aktyor bildirib.

Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu yamsılamaq yox.

"Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa Ağayev) həmişə mənə deyirdi ki, "sən özünü qoru, gələcəyin var". Bu mənim qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov deyirdi ki, sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz Əhmədovdur", - deyə aktyor bildirib.

29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi