Son xəbərlər

 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin rəis müavini, Moskvanın uzunömürlülük proqramının rəhbəri Vladimir Filippov danışıb. Filippov "İzvestiya" qəzetinə müsahibəsində uzunömürlülüyün dörd prinsipini açıqlayıb. Mütəxəssis hesab edir ki, birinci vacib prinsip insanın gündəlik işlərində xoşbəxtlik tapmaq bacarığıdır.

"Məsələn, uzunömürlülüyü ilə məşhur olan yaponların "ikiqai" termini var. Bu, ən praktik mənada həyatın mənası deməkdir - gündəlik işlərdə xoşbəxtlik tapmaq bacarığı mənasını ifadə edir. Belə ki, yapon pensiyaçılarının əksəriyyəti həyatlarının hər gününü planlayır: yorğan sırımaq, nəvələrini yedizdirmək, bazara getmək, ev təmizləmək, it gəzdirmək və s. Onlar aylar və illər qabaqcadan plan qurmaqdan qorxmurlar. Bu, gözlənilən ömür uzunluğuna təsir edən ciddi psixi amildir", - Vladimir Filippov izah edib.

Bundan əlavə, ekspert insanın uzunömürlülüyünə təsir edən əsas amillərdən biri kimi, onun yaşadığı mühiti qeyd edib. Subay insanlar orta hesabla beş-altı il az yaşayırlar. Filippov vurğulayıb ki, isti ünsiyyət ömrü uzadır, Harvard alimləri xoşbəxtliklə bağlı 75 illik məşhur tədqiqat nəticəsində bu qənaətə gəlib.

Mütəxəssis ikinci və üçüncü prinsip kimi, fiziki sağlamlıq və yüksək keyfiyyətli tibbi müayinələrin vaxtında həyata keçirilməsini göstərib: "Bu gün belə bir fikir var ki, ən yaxşı xəstə, əvvəlcədən həkimlə məsləhətləşən və xəstəliklərin qarşısının alınması və ya ilkin mərhələdə aşkar edilməsi üçün lazımi müayinələrdən keçən şəxsdir"

Onun sözlərinə görə, 100 yaşına qədər yaşayan uzunömürlülərin əksəriyyətinin dördüncü vacib qanunu beynini daim məşğul etməsidir.

"Qocalığın bəlkə də başqa yerlərdən daha yaxşı öyrənildiyi Yaponiyada başqa bir araşdırmada sübut olunub ki, intellektual işlə məşğul olan, müntəzəm kitab oxuyan, krossvordlar edən və Go oyunu oynayan yaşlı insanların ömrü dörd il daha uzundur", - eskpert yekunda əlavə edib.

29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi