Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,5% artaraq 5 milyard 866,9 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5% artaraq 5 milyard 540,2 milyon manat olub.
Bu il noyabrın 1-nə qarğıdalı daxil olmaqla, tarlalardan 3 milyon 195,9 min ton (ötən ilin eyni dövrünə nisbətən 0,7% çox) dənli və dənli paxlalı bitki, 1 milyon 785,6 min ton (1,8% çox) tərəvəz, 1 milyon 118,2 min ton (3,1% çox) meyvə və giləmeyvə, 914,5 min ton (7,6% az) kartof, 490 min ton (11,8% çox) bostan məhsulları, 200,6 min ton (7,8% az) üzüm, 164,5 min ton (31,5% çox) şəkər çuğunduru, 139,5 min ton (17,4% az) pambıq, 31,1 min ton (6,3% çox) günəbaxan, 5 milyon 588,1 ton (34% çox) tütün, 1 milyon 41,7 ton (5,5% az) yaşıl çay yarpağı yığılıb.
10 ay ərzində diri çəkidə 491,4 min ton ət, 1 milyon 880,3 min ton süd, 1 milyon 917,6 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,2%, süd istehsalı 0,8%, yumurta istehsalı 4,6% artıb, yun istehsalı 2,1%, barama istehsalı 32,9% azalıb.