Son xəbərlər

 

Son zamanlar mağazalarda satılan bəzi siqaret məhsullarında aksiz markalarının olmaması müşahidə edilir.

Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə əsasən, aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir.

Axar.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Report-a artıq məcburi nişanlanma mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac olmadığı bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiqlənib.

Həmin qaydalara əsasən, tütün məmulatlarına, elektron siqaretlər üçün mayeyə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinə, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullara və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə yalnız məcburi nişanlama tətbiq olunur.

Məcburi nişanlama dedikdə qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər nəzərdə tutulur. Qaydalara əsasən, məcburi nişanlama “DataMatrix” şəklində olmaqla özündə yuxarıda qeyd edilən mal nümunələrinin qutularının üzərinə yerləşdirilir. “DataMatrix” kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkoddur.

Beləliklə, sözügedən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.

11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü
29 Dekabr 2024 Yanvarın havası: 23 dərəcə şaxta...
29 Dekabr 2024 Sabahdan yeddigünlük bayram tətili başlayır