Meymunçiçəyi virusu “çiçəkkimilər” qrupuna aiddir.

Dünyanın dörd ağır karantin infeksiyasından biri olan “təbii çiçək” də bu qrupa aiddir. Lakin meymunçiçəyinin ağırlıq dərəcəsi onunla müqayisə edilə bilməz. Hazırda ikinci əvvəlkilərdən təhlükəlidir.

Bu sözləri Axar.az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla meymunçiçəyi xəstəliyi ilə bağlı yaranan vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, xəstəlik təmas vasitəsi ilə yayılır və tibbi müalicəsi yoxdur:

“Afrikada konkret epidemioloji ocağın peyda olması səbəbindən ÜST tərəfindən fövqalədə hal kimi qiymətləndirilib. Düzgün dəyərləndirmədir. Yəni bu, bütün imkanların və ictimai səhiyyənin səfərbərliyini nəzərdə tutur. Xəstəlik çox ağır əlamətlərlə başlayır. 3 həftəyə kimi inkubasiya dövrü var. Yüksək hərarət, halsızlıq, bel-əzələ, baş ağrıları, dəridə içi maye ilə dolu ağ və sarı qabarların yaranması ilə xarakterizə olunur. İmmun sistemi zəif olanlarda ölümlə də nəticələnə bilər. Xəstəliyin seroloji testi yoxdur. Diaqnostikada xeyli çətinliklər var. Təbii çiçəyə aid antiviral dərmanlar da yoxdur. Vaksin var. Bəzən də peyvəndlərin hazırlanıb yayılması ilə xəstəliyin yayılması arasında fərq olduğuna görə, bəzən vaksinasiya da vaxtında effekt vermir. Hər şey vaxtında tədbir görməkdən asılıdır”.

Həkimin sözlərinə görə, bu xəstəlik ciddi fəsadlar yaratmadan təbdir görülməlidir:

“Narahat olmağımıza əsas var. Ciddi yanaşmalıyıq. Hər kəs məsuliyyətli olmalıdır. Ciddi karantin tədbirləri görülməlidir. Epidemik ocaqlar olan yerə giriş-çıxış ciddi nəzarət altında olmaldır. Hospitalizasiya dərhal həyata keçirilməldir. Ayrıca xəstəxanalar olmaldır. Çünki xəstəlik təmas vasitəsi ilə yayılır. Bu, intensiv də yayıla bilər. Çünki insanlar daima bir-biri ilə təmasdadılar. Sərhəddə, ölkəyə keçən şəxslər ciddi nəzarətə alınmalıdır. Xəstəliyin vaxtında lokallaşdırılması üçün bütün tədbirlər görməliyik”.

13 May 2025 Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək