İyulun 11-də Azərbaycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala, Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.