Bir neçə dəqiqə öncə möhtərəm Prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik.
O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da, həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm.
Axar.az xəbər verir ki, bu sözləri İranın sabiq xarici işlər naziri, vitse-prezident vəzifəsindən istefa verən Məhəmməd Cavad Zərif X hesabında yazıb.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib. İstefasına səbəb kimi isə Pezeşkian hökumətinin tərkibi ilə razılaşmadığını göstərib.
O, bundan sonra fəaliyyətini universitetdə davam etdirəcəyini bildirib.