Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Moskvadakı “Krokus Siti Holl”da baş verən teraktla bağlı deyib.
"Onlar bizim xalqımıza işgəncə verir, təcavüz edir, həm də bizi ittiham edirlər. Onlar yüz minlərlə terrorçunu bura - Ukrayna torpağına gətiriblər, bizə qarşı vuruşurlar və öz ölkələrinin daxilində baş verənlərlə maraqlanmırlar. Dünən baş verənlərdən sonra (terakt nəzərdə tutulur – red.) yaramaz Putin Rusiya xalqı ilə məşğul olmaq əvəzinə bir sutka susdu ki, bunu Ukraynanın üzərinə necə atmaq olar. Hamısı tamamilə uydurmadır (terrorçuların Ukraynadan dəstək alması və Ukraynanın onların sərhədi keçməsi üçün qapı açması barədə Putinin dediklərini nəzərdə tutur – red.)”, – o bildirib.
Zelenski vurğulayıb ki, hazırda Ukrayna torpaqlarında öldürülən yüz minlərlə rus hər hansı terrorçunun qarşısını almaq üçün kifayət idi:
“Əgər ruslar “krokus”larda sakitcə ölməyə hazırdırsa və öz xüsusi xidmət orqanlarına heç bir sual ünvanlamırlarsa, Putin birdən çox belə vəziyyəti şəxsi gücünün xeyrinə çevirməyə çalışacaq”.
O, əmindir ki, terrorçular həmişə uduzmalıdırlar və terroru müdafiə edən və terrorla mübarizə aparan hər kəsə təşəkkür edib.