Avropa Birliyi (AB) Qərb dövlətlərinin çiçəklənməsi üçün yaradıldı.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.
“AB siyasi səhvlər buraxdı. İndi biz bunun fəsadlarını hiss edirik. Avropa yalnız bu ittifaqdan ibarət deyil. Qonşuların da maraqlarını güdməlidir. Yaxşı qonşuluq siyasəti olmalıdır”, - o bildirib.