Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidan cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Bundan əlavə, onun 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.