Fransanın ifrat sağçı Milli Birlik (Milli Cəbhə) Pasiyasının lideri Marin Le Pen Rusiyanı Ukraynaya təcavüzünə görə tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“2022-ci il fevralın 24-də Ukraynanı işğal etməklə Rusiya AB-nin astanasında müharibəyə və şübhəsiz ki, son 20 ildə ən dramatik geosiyasi böhrana səbəb oldu. Ukrayna xalqı bizim hörmətimizə və dəstəyimizə malikdir”, - Le Pen bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Makronun əsas rəqibi olan Le Penin Rusiya ilə şübhəli əlaqələri və seçkidə Rusiya bankından külli miqdarda kredit götürdüyü haqda məlumat yayılmışdı.