Ukraynada Fransa ilə birgə silah istehsalı yayda başlayacaq.
Axar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
“Biz Ukrayna müəssisələri ilə danışıqlar aparırıq. İdeya yerli tərəfdaşlıqlar, kommersiya müqavilələri təşkil etmək, Ukraynanın daxili bazarını öyrənməkdir. Bu sözə görə üzr istəyirəm, amma biz də öz maraqlarımızı qoruyuruq. Başqa ölkələr də bu fürsətdən istifadə edir və biz bunu etməsək, axmaq olarıq. İdeya ilk istehsal müəssisələrinin yaya qədər fəaliyyət göstərməsidir”, - Lekornu bildirib.