ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfirə Rusiyada arzuolunmaz hesab edilən üç ABŞ QHT-sinə hər hansı yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.
Səfirə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı, qovulma da daxil olmaqla, alınacaq.