İran Fars körfəzində ABŞ neftini daşıyan “Advantage suite” gəmisini ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bu EB xəstələrinin şikayəti və İran məhkəməsinin qərarı əsasında baş verib.
İran tərəfi iddia edib ki, ABŞ-ın sanksiyaları nəticəsində EB xəstələrinə lazım olan dərmanların İsveçdən idxalının qarşısı alınıb.
Bildirilib ki, buna cavab olaraq İran ABŞ neftini müsadirə edib.