Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Makronla Ukraynaya qoşun göndərməklə bağlı müzakirələr aparacaq.
Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.