Biz BMT Baş katibinin bu məsələdə susmasına təəccüblənirik.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Belqoroda hücumu ilə bağlı danışarkən deyib.
O bildirib ki, Belqorodda hücumun bütün təşkilatçıları və günahkarları cəzalandırılacaq.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 20 nəfər ölüb, 111 nəfər isə yaralanıb.