Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir.

Onun əsas səbəbləri sırasına stres, yuxu problemi və əzələ ağrıları aid edilir. Qeyri-sağlam həyat tərzi, qeyri-rasional gündəlik rejim, yarımçıq yatmaq, hərəkətsizlik və günəş şüalarının azlığı da xroniki yorğunluğun səbəbləri sırasına daxildir. Düzgün olmayan qidalanma və keyfiyyətsiz qidalar, rasionda vitamin, makro və mikro elementlərin çatışmazlığı, metabolizm prosesinin pozulmasına səbəb olur və bu da daim yorğunluq hissi yaradır. Bir müddət sonra onlarda diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, gün ərzində aqressiv və gərgin olurlar.

Milli.Az bildirir ki, həkim Gülsarə Sadıqova deyib: "Belə xəstələr əsasən halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər. Əgər bu şikayətlər altı aydan çox davam edirsə, bu, xroniki yorğunluq sindromu hesab olunur. Səbəbi tam olaraq məlum olmasa da, bəzi hallar, məsələn, yorğun iş rejimi, stresli həyat tərzi, psixoloji gərginlik yaşayanlarda həmin hal daha çox müşahidə edilir".

Həmin halın aradan qaldırılması yolları barədə danışan həkim-terapevt bildirib: "Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi qeyd edilir. Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmaq və aktiv həyata keçməyə çalışmaq lazımdır".

Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.

Xroniki yorğunluq sindromunun müalicəsi kompleks xarakter daşıyır. Gündəlik rejimə mütləq müalicəvi fiziki hərəkətlər və açıq havada gəzinti daxil edilməlidir. Onun müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmayıb. Lakin müalicənin əsas prinsipi narahatlıq törədən sindromları aradan qaldırmaqdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu rejimini bərpa etmək lazımdır. Xroniki sindromu olanlarda ardıcıl olaraq fiziki yükləməni artırmaq məsləhət görülür.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!