Daxili İşlər orqanlarında növbəti təyinat olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib. Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.