Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.