“Bütün işlər Prezident İlham Əliyevin ciddi nəzarətindədir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə AzərTac-a müsahibə verib.

"Qafqazinfo" müsahibəni təqdim edir.

– Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub?

- Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur.

Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur.

Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

– Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz?

– Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib.

Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub.

Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər.

– Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı.

– Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir.

Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb.

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!