Daxili işlər orqanlarında növbəti kadr dəyişiklik olub. Oxu.az bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə tutduğu vəzifədən azad edilib. Nazirin digər əmrinə əsasən, o, DİN-in Yasamal Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyinat alıb.