Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.