İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib. O, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib. Bundan başqa Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev bu gün Administrasiyanın yeni strukturunu təsdiq edib.