Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edərkən azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyinə ümid bəslədiyini deyib. Oxu.az bildirir ki, Putin həmçinin qeyd edib:
“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”. Bundan əlavə, Mehriban Əliyeva Putinə İlham Əliyevin salamlarını yetirərək əlavə edib.
“Azərbaycan Respublikası Prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”.