"Ölkə.Az" xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə görə, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.
Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.