Deputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTMilli Məclisin üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin xaricdəki biznesi ilə bağlı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

AzToday.az xəbər verir ki, araşdırmaçı jurnalist Xanlar Fətiyevin Avropada bahalı avtomobil kolleksiyası ilə yanaşı milyonluq dövriyyəyə sahib şirkətlərə sahib olduğunu üzə çıxarıb:

“Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştuttqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edb.

Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münxendə, Hamburqda, Frankfurtda, Drezdendə (aeroport terminalı) rast gələ bilərsiniz.Deputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTBunlar kolleksiya filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.Deputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTŞirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır.
Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.

Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi: “Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.

Deputatın Almaniyadakı daha şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkətini hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.

Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH tərəfindən taksi parkı açılıb.

AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.

Keçək, Belarusiyaya…

Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю “АЗНУР””) şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur. 2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarusiya paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı “Crowne Plaza” otelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)
Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.

Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.
Azərbayçanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.

Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm dahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur.

Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

1. Tbilisi, 10 I. Abashidze St.
2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5
3. Tbilisi, 4/2 Gulia Sq.
4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.Deputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTMarketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.

AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.

Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusiyanın Poltava ət kombinatına (Тов Полтавський Мясокомбінат) 19950 kq ət məhsulları sifariş edib”.

Cavanşir Həsənli Xanlar Fətiyevin biznesinin bunlarla kifayətlənmədiyinin də anonsunu verib:

“Bu da hamısı deyil, Fətiyev çoox uzaq ölkələrin birində xüsusilə “məşhurdur”. Əməlli-başlı skandal yaradıb.

Bu barədə başqa bir vaxt…”Deputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKTDeputat Fətiyevin xaricdəki “topdağıtmaz” biznes imperiyası - FOTOFAKT
 
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!