Ä°lham Ä°smayıl: ile ilgili görsel sonucuİlham İsmayıl: “Aqil Səmədbəylinin fikri reallığa uyğun deyil…”

Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli KQB arxivləri ilə bağlı maraqlı status paylaşıb. “Sitat: KQB arxivləri məsələsi: sovet dönəmində Azərbaycanda 200 min agent olub. Bunu o dövrün məsul rus generalı deyib. Bunun, sadəcə, 15 mininin dosyesi Azərbaycanda olub. Ona görə də bu arxiv məsələsini unudun! 185 minin dosyesi Moskvada idi – hətta Azərbaycan KQB şefi də bu 185 minin kimlər olduğunu bilməyib!”

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl isə deyir ki, Azərbaycandan KQB arxivinin aparılması və həmin siyahıdan Azərbaycan xüsusi xidmət orqanının xəbərsiz olması ifadəsi yanlışdır: “Azərbaycanda agentura şəbəkəsinin ta müstəqillik dövründən – 1918-ci il Xalq Cümhuriyyəti dövründən arxivləri var. Agentlərin yaşı 100-ü ötəndan sonra onlar qeydiyyatdan çıxarılır. Buna baxmayaraq, həmin şəxslərlə bağlı məlumatların kötüyü yenə qalır. Həmin informasiya bazası Azərbaycandadır. Sadəcə olaraq, sovet dövründə agentura şəbəkəsi bir sıra kateqoriyalara bölünürdü, bölüşdürülmədən sonra bir hissəsi mərkəzə göndərilirdi. Məsələn, Azərbaycandakı agentin üzündə bir çapıq vardısa və Moskvaya, Ukraynaya və ya Estoniyaya üzündə çapığı olan bir agent lazım olurdusa, müəyyən bir işi görməyə üzü çapıqlı agent 15 respublikadan axtarılarkən yarıyırdısa və yaxud agentin fiziki göstəriciləri 3-5 nəfəri vurub-yıxmağa yetərlidirsə, onlardan istifadə edilirdi. Yəni agentura şəbəkəsində bu tip bazalar vardı ki, yeri gələndə həmin bazadakı agentlərdən istifadə olunurdu. Adi agentura şəbəkəsinə aid məlumatlar ora göndərilmirdi, xüsusi əhəmiyyət daşıyan, fərqli xüsusiyyətləri olanlarla bağlı məlumatlar mərkəzi verilirdi. Hətta bütün agenturanın siyahısı Moskvaya göndərilsəydi, 1 nüsxəsi mütləq bizim arxivlərdə saxlanılır. Ermənistanda yaşayan o qədər Azərbaycan vətəndaşı var ki, ermənidir, vaxtilə bizim agentlərimiz idi. Bu saat biz ona nə edə bilərik? Ermənilər də bunu normal qəbul edirlər. Çünki vaxtilə eyni dövlət idik. Moskva bu gün çıxıb həmin adamları nə ilə şantaj edəcək? Deyəcəklər ki, vaxtilə KQB-yə işləmisən? Yəni adamlar vətən xaini olmayıblar, agent olublar”.

İlham İsmayıla görə, agentlərin şantaj olunması məsələsi baş verərsə, agentlər təlimata uyğun olaraq təhlükəsizlik qurumu ilə əlaqə saxlayırlar: “Məsələn, agent görüşdüyü əməliyyat işçisinə deyir ki, məni Moskva şantaj edir. Agent olmasının açıqlanması ilə təhdid edilir. Təlimat belədir ki, bu haqda əlaqədə olduğu əməkdaşa məlumat verir, bundan sonra müəyyən tədbirlər görülür”.

İlham İsmayıl Leyla Yunusun Əbülfəz Elçibəy haqda söylədikləri fikrilərə də münasibət açıqladı: “Kim bunu sübut edə bilər? Kim sübut edə bilər ki, bu və ya digər şəxs agentdir və ya agent deyil? Yəni gedib kimə desələr ki, xüsusi xidmət orqanına işləmisən, deyəcək ki, işləməmişəm. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi də, bu gün Dövlət Təhlükəsizliyi Xidməti də agentin kimliyinə dair məlumatların yalan olduğunu açıqlayacaq. Yəni belə məsələlərin özünəməxsus tərəfləri var və kimsə dövləti belə məsələlərlə şantaj etmir”.

İlham İsmayıl deyir ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub: “Yəni gizli əməkdaşı olmamışam. Belə çıxır ki, Azərbaycanda olan və vaxtilə DTK-da çalışmış bütün şəxsləri güllələmək lazımdır? Heydər Əliyev vaxtilə DTK-nın generalı olub. Bu, o demək deyil ki, vəzifə daşımaqla öz vətəninə xəyanət edib. İstər gizli, istərsə də kadr əməkdaş olsun, onlardan bir-birinə qarşı kimsə istifadə edə bilmir. Aqil Səmədbəylinin deməyi ki, heç bilmirik kim bizə işləyib, bu yalan sözdür. Azərbaycan ərazisində verbovka etdiyimiz şəxslərin hamısının siyahısı özümüzdə var”.

İlham İsmayıl agentlərin şəxsi işlərinin onların yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar köç etdiyi respublikalara göndərilməsi praktikasından da danışdı: “Qayda belə idi ki, məsələn, Gəncədə yaşayan agent daimi yaşayış üçün Ermənistana köçürdüsə, bu haqda Ermənistan KQB-sinə məlumat verilirdi. Cavab gələndə ki, bu agent bizə lazım deyil, onun şəxsi işi göndərilmirdi. Həmin agentin şəxsi işi göndərilmirdi, yandırılmaqla məhv edilirdi. Eyni zamanda Ermənistan bizə Azərbaycana köç edən agentlərlə bağlı, məsələn, Göyçə mahalından, Basarkeçər rayonundan filankəslərin işləməsi ilə bağlı məlumat verirdi. Həmin şəxsləri öz əlaqəmizə götürüb işlədirdik”.

İlham İsmayıla görə, kənarda “verbovka” olunub Azərbaycana köç edən agentlərin xüsusi bir bolluğu olmayıb: “Həmin agentlər Azərbaycanda da işlədilər. Məsələn, ”Razdanmaş”da mühəndis işləmiş şəxs vəziyyətlə əlaqədar məcburən Azərbaycana köç edib. Həmin şəxsləri Ermənistan xüsusi xidmət orqanları şantaj edə bilməzdilər ki, sən bizə işləmisən, bizim filan işlərimizi görməlisən. Təlimat var ki, həmin şəxslər dərhal bu haqda əlaqədə olduğu işçimizə məlumat verməli, şantaj olunduğunu deməlidir. Deməsə, şantaj olunduğunu bildirməyib göstəişləri yerinə yetirsə, artıq vətənə xəyanət etmiş hesab olunur”.

İlham İsmayıl Aqil Səmədbəylinin fikirlərinin reallığa uyğun olmadığını vurğuladı.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!