Ermənistanın Rusiyadan, Rusiyanın isə ermənilərdən əsas gözləntisi; Bakı və Tiflisə qarşı növbəti “Qarabağ ssenarisi” – onu önləməyin bir yolu var…

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü qoruyub saxlayır. Bu üstünlük işğalçı ölkədə keçən il baş tutmuş hakimiyyət dəyişikliyindən sonra da dəyişməyib. Çünki Ermənistan ətrafındakı sərt reallıqlar dəyişməz qalır. Blokada rejimində və Rusiyadan vassal asılılığında olan, üstəgəl, sanballı təbii sərvətlərdən və dünya okeanına çıxışdan məhrum cırtdan ölkə böyük iqtisadi islahatlara və zəngin büdcəyə ümid edə bilməz. Odur ki, ümid qalır yalnız Kremlin “səxavəti”nə. Rusiya isə silah-sursatı güzəştli qiymətlərə elə-belə vermir.

“İlin sonuna və ya gələn ilin əvvəllərinədək biz Rusiyanın Su-30 SM qırıcılarının tədarükünə başlayacağına ümid edirik”. “Yeni Müsavat”ın “Sputnik”ə istinadən verdiyi məlumata görə, bunu dünən jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Yada salaq ki, Ermənistan Rusiyanın ayıracağı üçüncü – 100 milyonluq silah krediti çərçivəsində 4 ədəd Su-30 SM müasir qırıcısı aldığını bəyan etsə də, rəsmi Moskva bu qırıcıların Rusiyanın Ermənistandakı hərbi bazasına göndəriləcəyini bildirib. Başqa sözlə, əslində Su -30 SM-lərin pultu da “İsgəndər M”-lər kimi Moskvanın əlində olacaq, İrəvanın yox.

Tonoyan həmçinin jurnalistlərin ölkəyə digər silahların tədarükü ilə bağlı sualını da cavablandırıb. Erməni nazir bir sıra məsələlərin detallarını aça bilməyəcəyini, amma Ermənistanı “hərbi sürprizlər gözlədiyini” də söyləyib. Məsələn, Ermənistana “Tor” zenit-raket komplekslərinin daxil olub-olmadığı barədə suala Tonoyan belə cavab verib: “Onu deyə bilərəm ki, ”Tor” çox maraqlı silahdır. Bizim bu xüsusda müvafiq gözləntilərimiz var”.

Məlumat üçün bildirək ki, “Tor” kompleksləri hərbi, iqtisadi və başqa obyektlərin taktiki səviyyədə havadan müdafiəsi üçün nəzərdə tutulub. Az öncə İrəvandakı telekanallardan biri Ermənistanın Rusiyadan “Tor” kompleksləri alacağını bildirmişdi.

*****

İrəvan və Moskva ile ilgili görsel sonucu

Bu arada ordusuna düz-əməlli çağırışçı tapılmayan ölkənin baş naziri Nikol Paşinyan növbəti özündənrazı bəyanat verib. Belə ki, “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, dünən Müdafiə Nazirliyinin inzibati kompleksində çıxış edən Paşinyan deyib: “Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial düşmənlərimiz başa düşsünlər ki, bizimlə döyüşmək mənasızdır. Mübarizənin nəticəsi məlumdur – düşmənin məğlubiyyəti və bizim qələbəmiz”.

Əlbəttə ki, sözdə çox şey bəyan eləmək olar. Ancaq 2016-cı ilin “4 günlük” aprel müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməz. Bu, artıq istisnadır. Təbii ki, Moskva Bakının xeyrinə olan hərbi balansın bərpası üçün İrəvana vaxtaşırı müəyyən silahlar və hərbi texnika verəcək – ilk növbədə də öz maraqları naminə. Ancaq bu silah və texnika nə qədər ucuz qiymətə və güzəştli kreditlər hesabına çatdırılsa da, bahalı döyüş sistemləri ilə bağlı İrəvanın Azərbaycanla ayaqlaşması mümkün deyil. Çünki iki ölkənin iqtisadi-maliyyə imkanları müqayisəyə gəlməz dərəcədə fərqlidir.

kreml ile ilgili görsel sonucu

Demək, Paşinyan hökuməti qeyri-real şeylərdən danışmaqdansa, konfliktin dinc həll yolu barədə düşünsə daha yaxşı olar. Üstəlik, elə bir dövrdə ki, Kreml Nikol Paşinyana etimad göstərmir. Əksər politoloqlara görə, Moskva hələ də Qərblə Rusiya arasında ikili oyun oynamağa çalışan Paşinyan hökumətinin yekun məqsədinin nə olduğunu anlamır. Bu üzdən Moskva Ermənistana satılan təbii qazın qiymətini belə, hələ ki Paşinyana təzyiq vasitəsi kimi açıq saxlamaqdadır…

*****

putin paşinyan ile ilgili görsel sonucu

Bu da var ki, İrəvanın Rusiyadan gözləntisi olduğu kimi, Moskvanın da ermənilərdən gözləntisi var – həm də kifayət qədər böyük. Məsələn, məlumdur ki Rusiya gərgin münasibətlərdə olduğu, qərbyönlü Gürcüstanı daxildən zəiflətmək üçün “erməni kartı”ndan, o sırada Cavaxetiya ermənilərindən zaman-zaman yararlanmağa çalışır.

Bir çox təhlilçilərə görə, Gürcüstanla sərhəddə yerləşən “Keçikçidağ” məbədi ətrafında vaxtaşırı törədilən və iki qonşu ölkənin arasını vurmağa yönəlik təxribatlarda da məhz “erməni izi” var. Daha doğrusu, Rusiya ermənilərin əli ilə buna çalışır. Bu ilin 20 yanvarında (“Qara yanvar” günü) Cavaxetiyada erməni terrorçusu, Qarabağda dinc azərbaycanlılara qarşı cinayətlər törətmiş Mixail Avakyana büstün qoyulmasında da eyni hədəf güdülürdü. Yeri gəlmişkən, büst hələ də öz yerindədir.

Bundan əlavə, məlumdur ki, Gürcüstanın ermənilər yaşayan Samsxi-Cavaxetiya bölgəsində yerli erməni əhali arasında neçə vaxtdır “Rusiyanın Cavaxetiya diasporu” adlı separatçı təşkilat fəal iş aparır. Bugünlərdə həmin təşkilatın Rusiyada kök salmış lideri Aqasi Arabyanın Rusiyanın erməniyönlü KİV-i “Regnum”da Tiflis əleyhinə məqaləsi dərc olunub. Məqalədə gürcü dövləti əleyhinə növbəti təhdidlər yer alıb.

Aydındır ki, bu kimi şantaj yazıların arxasında ən əvvəl Moskvanın iradəsi dayanır. Rusiya çox arzulayır ki, ermənilərin əli ilə Gürcüstan üçün də bir “Qarabağ ssenarisi” oynasın, bu ölkəni bir daha parçalasın. Gürcüstanda vəziyyətin qarışması isə sözsüz ki, Azərbaycanın cari və strateji maraqlarına cavab vermir.

Odur ki, “Keşikçidağ” presedenti xüsusən də rəsmi Tiflis üçün siqnal olmalıdır. Belə ssenariləri yalnız Gürcüstan və Azərbaycan birgə, təmkinlə, sinxron siyasət hesabına zərərsizləşdirə bilər. Çünki hər iki ölkə, obrazlı desək, çoxdan “eyni qayıq”dadır…

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!