Əvəz Zeynallı: “Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”a etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.

Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun  kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.

İsmət Abbasovun oğlu Yunis Abbasov ile ilgili görsel sonucu

Yunis Abbasov

İsrafil Abutalıbov da Yunis Abbasov kimi uzun müddət Londonda yaşayıb. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu o dövrdə BŞİH başçısı olan atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.

Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

israfil abutalıbov ile ilgili görsel sonucu

İsrafil Abutalıbov

İsrafil Abutalıbovun İçərişəhərdəki “Aşurbəy” (“Ləzgi məscidi”) məscidinə baş çəkdiyi, Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar da vaxtilə mətbuat səhifələrindən düşmürdü. Türkiyə mətbuatında İsrafil Abutalıbovun Abu Bəkr kimi təqdim olunması da yaddaşlardan silinməyib.

Ölkədən çıxarılan milyonlar hesabına xaricdə özlərinə biznes quran, dini baxışlarını radikal təriqətçiliyə dəyişənlərin xoşagəlməz fəaliyyəti də ola bilərmi? Belələrinin Azərbaycan üçün hansı təhülükəsi var?

Əvəz Zeynallı ile ilgili görsel sonucu

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu adamları Azərbaycanla bağlayan sırf buradan daşınan pullardır: “Bu gün xaricdə olan təkcə Yunis Abbasov, İsrafil Abutalıbobv deyil ki… Eldar Mahmudovun da, Cahangir Hacıyevin və bir çox eks məmurların da övladları Londondadır. Özləri də, ətrafları da, dost-tanışları da hamısı xaricdədir. Yəni bu adamları ölkəyə bağlayan nəsə yoxdur. Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”.

Əvəz Zeynallı hazırda həbsdə olan keçmiş məmur-oliqarxlardan birinin yaxını ilə söhbətini xatırlayır: “Yanıma gəlmişdilər, bizdən dəstək istəyirdilər. Mən də dedim ki, mənə 2 ziyalı verin, sağımda, solumda otursunlar, mənim dediklərimi təsdiqləsinlər. Cavab belə oldu belə adamlar yoxdur. Nəslindən qadın, kişi, cavanların yanımda olmalarını istədim. Dedilər ki, ölkədə heç kimləri yoxdur, hamısı xaricdədir. Açıq da dedilər ki, bizi bu ölkəyə heç nə bağlamır, adam həbsdən çıxan kimi ölkədən gedəcək. Yəni bu adamlar ölkədən milyardlarla pul çıxarıblar. Zamirə Hacıyevanın timsalında bunu hamı gördü. Qadın bir günün içində bir neçə milyon funt-sterlinqi xərcləmişdi. Hələlik pullar bahalı şərablara, maşınlara, təyyarələrə xərclənir. Gələcəkdə necə olacaq? Bu pullar əslində hakimiyyətin özü üçün təhlükədir. Perspektivdə ölkəyə yaxşı heç nə vəd etmir. Hakimiyyətdaxili çəkişmələrdə həmin pullardan istifadə olunması da istisna deyil. Bu vəsaitlər Azərbaycan xalqının sərvətidir, halal puludur, hansıları ki, oğurlayıb, xaricə daşıyıblar. Hələlik həmin pullar 100 illik çaxırlara, 500 illik viskilərə, bahalı aksessuarlara, mülklərə xərclənir”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!