ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlara başlaması üçün ona Konqresin razılığı lazım deyil. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Hill” xəbər verib.
Ağ Ev rəhbərinin sözlərinə görə, qanuna əsasən, o, ABŞ Konqresindən icazə almamalıdır. Bunun üçün onun yetərincə səlahiyyəti var.
Tramp onu da əlavə edib ki, o, İrana qarşı hərbi əməliyyatlara başlaması qərarına “yetərincə yaxın” olub, amma bunu etməyib.