İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib. Tədbirdə ittifaqın sədri Rüstəm İbrahimbəyov bir sıra vədlər verib, kinonun və aktyorların maddi problemlərinin həlli yollarından danışıb.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a bildirdi ki, iclas 11-ci qurultaya hazırlıqla bağlı olub:

““İclasdakı müzakirələr göstərdi ki, sənədli, bədii və animasiya filmi sahələrində problemlər var. Bu problemlər qurultayın gündəliyinə çıxarılmalıdır, əməli təkliflər verilməlidir. Eyni zamanda ssenarilər seçimi ideal, effektiv mexanizm üzərində deyil, maliyyələşmə şəffaflıq prinsipi ilə xərclənməyib, bütün bunlar düzəlməlidir. Əsas təsbitlərdən biri də bu oldu ki, kino tamaşaçısı səviyyəsi problemi var. Söhbət dövlətin kinoya ayırdığı vəsaitlərdən gedir. Təkcə şəffaflıq deyil, effektivlik məsələsi də var.  Bilirsiniz ki, son 2 ildə Maliyyə Nazirliyi kinoya ayrılan vəsaiti azaldıb. Amma bununla yanaşı, respublika prezidenti film istehsalına 5 milyon ayırıb. Onun verilmə şərti yeni kino konsepsiyasının qəbul edilməsidir. Sadəcə, idarəçilik effektiv mexanizmə əsaslanmalıdır. Mədəniyyət Nazirliyinin şöbəsi statusunda struktur özünü doğrultmur.

Daha səlahiyyətli, dövlət və özəl studiyaların bərabərhüquqlu işini təmin edən struktura ehtiyac var. Dövlətimiz kino qarşısında alnıaçıq, üzüğadır. Lakin vəsaiti idarə edənlər etimadı hələ doğrultmayıblar”.

Əli İsa Cabbarov ile ilgili görsel sonucu

Əli İsa Cabbarov: “Bizə dəstəyə görə hökumətimizə minnətdarıq”

Ə.İ.Cabbarov bildirdi ki, İbrahimbəyovun tapşırıqlarından biri də Kino Evinin açılması, Kino Məktəbinin fəaliyyətinin bərpası, 2 avqust Kino Gününə və noyabrda keçiriləcək 11-ci qurultaya hazırlıq olub.

Ə.İ.Cabbarov ittifaqa yeni üzvlərin qəbulu və xalq artisti Rasim Balayevin qoşulub-qoşulmayacağı barədə də danışdı: “Rasim müəllim ittifaqımızın üzvüdür və İdarə Heyətinin iclasında aktiv iştirak etdi.

Əməkdar artistlər Füzuli Hüseynov, Aydın Əliyev, Əfqan Soltanov, kinorejissor Kamran Şahmərdan və Rodion İsmayılov yeni üzvlər sırasındadır. Ümumilikdə 20-yə yaxın üzv qəbul olundu”.

İttifaqın katibi İbrahimbəyovun kino ittifaqının xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilməməsi barədə bunları dedi: “Hamı özünü necəsə hiss edə və hesab edə bilər. Biz peşəkarları təşkilat prinsipinə görə bölmürük, peşəyə və istedadına sadiqliyinə görə ayırırıq. Təşkilatımızı dağıtmaq, rəhbərliyimizin yaradıcı şəxs olaraq nüfuzuna ləkə atmaq istəyənlərin kim olduğunu adbaad dəqiq bilirik.

Məqsədimiz sabahımızı qurmaqdır, kinomuzun inkişafı yolunda fəaliyyət göstərəndə biz sağa-sola baxmırıq, ancaq qabağa baxırıq. Fürsətdən istifadə edib 2019-cu il ərzində fəaliyyətimizin aktivləşməsinə gətirən dəstəyə görə hökumətimizə, rəsmi strukturlara minnətdarlığımızı bildiririk”.

Rasim Balayev: ile ilgili görsel sonucu

Rasim Balayev: “Bu gün səriştəsiz adamlar meydandadır, pul da nazirlikdədir”

Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a kinonun düşdüyü vəziyyətdən çıxarılması üçün yığışdıqlarını vurğuladı. Onun sözlərinə görə, bu şəkildə davam edə bilməz: “Belə olmaz da. Kinomuz bərbad vəziyyətdədir. Bu ittifaq da səlahiyyətli təşkilat deyil, yalnız öz tezislərini, təkliflərini verə bilər. Ümidvaram ki, bir irəliləyiş olmalıdır. Elə biz də o niyyətlə yığışmışdıq. Bu gün səriştəsiz, kinodan xəbəri olmayan adamlar meydandadır. Gərək sənəti qavrayan adamlar kurs təşkil etsinlər, master-klass hazırlasınlar”.

R.Balayev prezidentin ayırdığı vəsaitlə yaxşı filmlər çəkilib-çəkilməyəcəyinə də toxundu: “Maliyyə Mədəniyyət Nazirliyindədir.

Kinematoqrafçılar İttifaqı müəyyən məsləhət verə bilər. Deyə bilər ki, filmi filankəsə ver, o daha peşəkardır, qoy həmin rejissor çəksin. Ancaq onlar kino çəkməyi istədikləri adamlara verirlər. Bununla belə, qıraqdan seyr etmək də olmaz. Kinonun vəziyyəti gündən-günə pisləşir. Mən adamlarla görüşürəm, söhbətlərdən görürəm ki, insanlar narazıdır.

Məktəb görmədən Aşıq Ələsgər, Əliağa Vahid olmaq mümkündür, Allah vergisidir. Amma kino işi, rejissorluq məktəb tələb edir. Rüstəm İbrahimbəyov da gəldi, iştirak elədi, sağlıq olsun, görək necə olur.

Amma ağlıma sığışdıra bilmirəm iki kino təşkilatı necə ola bilər? Bu, mümkün deyil. Yəni mən də bilmirəm necə olacaq, qaranlıq qalıb”.

Ayaz Salayev: ile ilgili görsel sonucu

Ayaz Salayev: “Mənim üçün o təşkilat mövcud deyil, əgər birləşsələr, istefa verəcəyəm”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev qəzetimizə dedi ki, İbrahimbəyovun təşkilatı onun üçün mövcud deyil:  “Mən belə kino ittifaqı tanımıram. Bəzən fikirlər səslənir ki, təşkilatlar birləşsin, amma ”Qafqaz trio”sunu çəkən biri ilə birləşə bilmərəm. O, həmkar kimi mənim üçün yoxdur. Məhz o filmə görə o təşkilatla birgə fəaliyyətin əleyhinəyəm. O filmə baxıb heç nəyi görməyənlər mənəvi kor adamlardır. Birləşsələr, oradan istefa verəcəyəm. Üstəlik, İbrahiməyov ittifaqı şəxsi ofisinə çevirmişdi, katiblikdə rejissor qalmamışdı”.

Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında Rüstəm İbrahimbəyov bildirmişdi: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu.

Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir”.

İbrahimbəyov müraciətində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?…Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”

Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də  müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb.

Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və  Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!