Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, sentyabrın 24-dən 30-dək olan müddətdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarının ərazisində keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 4 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.
Tədbirlər zamanı 1 ədəd ov tüfəngi də aşkar edilərək aidiyyatı üzrə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.