ABŞ Senatının məhkəmə sistemi üzrə Komitəsi prezident Donald Trampın namizədinin Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatına səs verib.
Oxu.Az xəbər verir ki, söhbət Kolumbiya Dairəsi üzrə Apellyasiya məhkəməsinin hakimi olan Bretta Kavanodan gedir.
İş ondadır ki, bir müddət öncə həmin şəxsə qarşı qrup şəklində zorlamada iştirak ittihamı irəli sürülüb.
Lakin bu amil senatorların seçiminə mane olmayıb. Belə ki, Komitədə təmsil olunan 21 senatordan 11 nəfər onun namizədliyini dəstəkləyib.