Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıblar.

Məlum olub ki, həmin şəxslər zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

İlk şahid Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Hətəm Əliyev olub.

Hətəm Əliyev təqsirləndirilən şəxslərin saxlanılması üçün keçirilən əməliyyata rəhbərlik edib.

Polis mayoru söyləyib ki, Toğrul adlı şəxs idarəyə yaxınlaşaraq 4 nəfərin onu lüt soyunduraraq döydüyünü və pul tələb etdiyini bildirib:

"Toğrul adlı şəxs bildirdi ki, ondan dəfələrlə pul alıblar. Biz bunu rəhbərliyə məruzə etdik və əməliyyat qrupu yaradıldı.Toğrula 400 dollar verdik və növbəti dəfə qrupun üzvləri ilə görüşməsini istədik. Onlar arasında növbəti görüş təyin edildi. Toğrul kafedə onlarla görüşən zaman bizə mesaj yazdı ki, artıq gəliblər. Pulu onlara verəndən sonra biz əməliyyat keçirdik. Özümüzü təqdim etdik və üzərlərində olanları bizə təqdim etmələrini istədik. Pulu öz aralarında bölmüşdülər. Üzərlərinə baxış zamanı bizim Toğrula təqdim etdiyimiz 400 dollar aşkar edildi. Həsənbalada və Rəşadda 100 dollar, Zeynalda isə 200 dollar var idi. Hal şahidlərinin iştirakı ilə protokol tərtib edildi".

Polis mayoru deyib ki, Toğrul şikayətində qruplaşma üzvlərinin onu rüsvay edəcəyi ilə bağlı hədələyib və yaşadıqları Yasamal rayonu ərazisində biabır edəcəklərini deyiblər: "Toğrul dedi ki, onu aldadaraq Dəyanətin evinə aparıblar. Orada onu videoya çəkmişdilər. Həmin görüntü cinayət işi materiallarında var".

Təqsirləndirilənlərdən Dəyanət Abdullayev deyilənlərlə razılaşmayıb. O bildirib ki, qruplaşma ilə heç bir əlaqəsi olmayıb və əməliyyatda da orada olmayıb:

"Mən heç kimdən pul istəməmişəm. Zərərçəkmiş də gəlsin bunu desin. Burda bizi bədbəxt edirlər".

Polis əməkdaşı əlavə edib ki, Toğrul adlı şəxs soyundurulub döyülərkən onu videoya ilə lentə alan şəxs Dəyanət olub.

Digər təqsirləndirilən şəxslər də şahidin dedikləri ilə razılaşmayıblar. Onlar bildiriblər ki, onlar əməliyyatla saxlanılmayıblar. Müttəhimlər əlavə ediblər ki, Toğruldan pul almayıblar və saxlanılan zaman ciblərində pul olmayıb.

Məhkəmə iclasında əməliyyatda iştirak edən polis əməkdaşları Emin Səfərov və Fərid Kazımov da ifadə verib. Onlar digər polis əməkdaşı kimi eyni məzmunlu ifadə veriblər.

Bu zaman yenə də şahidlər təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb.

Məhkəmədə hal şahidi Hüseynağa Məmmədov da ifadə verib. Təqsirləndirilən şəxslər hal vahidinin də yalan danışdığını deyib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Toğrul adlı şəxsi döymələrini, hadisəni videolentə almalarını inkar etmirlər.

Dəyanət Abdullayevin dediyi fikirdən isə hadisənin namus cinayəti olması ilə bağlı ehtimal yaranır. Çünki Dəyanət məhkəmədə deyib ki, bu işi namus üçün edib: "Mən telefonla çəkmişəm. Bu addımı da namusunu üçün atmışam".

Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etməyib. Digər şahidlər də gəlmədiyindən məhkəmə iclası sentyabrın 28-nə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!