Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşə bilməyəcək. Musavat.com xəbər verir ki, bununla bağlı erməni mediasına 20 sentyabrda Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan məlumat verib. O deyib ki, Paşinyan-Tramp görüşünün təşkili prosesi zaman tələb edir. “Biz ABŞ rəhbərliyi ilə işləyirik”-erməni nazir ardınca iddia edib.
Neçə vaxt idi ki, Ermənistan rəhbərliyi Paşinyanın Trampla görüşünün təşkil olunacağı barədə məlumatlar yayırdı. Amma görünən budur ki, Rusiyadan “von” komandası alandan sonra Ermənistanın “qərbyönümlü hakimiyyəti”nə ABŞ-dan da dirsək göstərilməkdədir.