"Yeni Müsavat"ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edir.
Musavat.com xəbər verir ki, bu gün, sentyabrın 17-də, saat 15.00-də başlanacaq növbəti canlı yayımın qonağı sosioloq Əhməd Qəşəmoğlu olacaq. Qonağımızla cəmiyyətdəki sosial problemləri, sayı artan boşanmaları, ailədaxili şiddət faktlarını, eləcə də sizi maraqlandıran bir sıra mövzuları müzakirə edəcəyik.
Bir saat boyunca davam edəcək canlı yayım zamanı siz oxucular da suallarınızla müraciət edə bilərsiniz.