Son xəbərlər

 

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı rəsmi ittiham irəli sürülüb.

 

Musavat. com erməni mediasına istinadən xəbər verir ki, onun haqqında yaşadığı yeri tərk etməmək barədə qətimkan tədbiri seçilib.

Bununla əlaqədar Ovik Abramyan özünün “Facebook”dakı səhifəsində açıqlama yayıb.

“Təxminən bir ay bundan öncə bir qrup maskalı adam guya operativ məlumatlar əsasında mənim qohumlarıma məxsus mənzil və tikililərə daxil olublar. Axtarış zamanı heç bir qeyri-qanuni hal aşkar edilməyib. Lakin hüquq-mühafizə orqanları mənim xarici pasportumu müsadirə edərək Ermənistan qanunvericiliyini kobud şəkildə pozublar”,- Abramyan qeyd edib.

Keçmiş baş nazir Ararat vilayətinin Mxçyan rayonunda axtarış həyata keçirilən zavodun özünün olmadığını iddia edib, üstəlik, yeni iqtidarın 2008-ci il 1 mart hadisələrinin onun üstünə yıxmaq istədiyini bildirib. Abramyanın fikrincə, yeni iqtidar saxta faktlarla quraşdırılan işlərlə onu hədəfinə götürüb.

“Sentyabrın 4-də isə mən saytlardan birinə müsahibə verərək indiki iqtidarın bu cür davranışlarını tənqid etdim. Buna cavab olaraq, cəmi bir neçə gün sonra mən Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edildim. XİX-də əvvəlcə məni hansısa saxtalaşdırılmış (Abramyanın fikrincə-red.) işlə bağlı şahid kimi dindirdilər. Daha sonra isə özümə heç bir əsas olmayan ittihamı irəli sürərək, yaşadığım yeri tərk etməmək haqqında iltizam aldılar”, - Abramyan yazıb.

07 Aprel 2025 Rusiyanın ölümcül zərbələrinin qurbanları...
10 Dekabr 2024 Türkiyənin Dəməşqdəki səfirliyinin açılması üçün... - Fidan
02 Dekabr 2024 Litva İvanişvilinin ölkəyə girişinə qadağa qoydu
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir