“Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində Azərbaycan rəhbərliyini kompromis istəməməkdə günahlandırıb. O qeyd edib ki, Azərbaycan son zamanlar silahlanmağa, hərbi büdcəni artırmağa və müharibə təhlükəsinin artması ilə bağlı bəyanatlar verir. K.Zatulin bildirib ki, o və həmkarlarının məqsədi müharibənin başlanmasının qarşısını almaqdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu məsələyə diqqət çəkərək deyib ki, sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı paytaxtımızda keçirilən hərbi paradda Azərbaycan ordusunun gücünü gördükdən sonra  K.Zatulin və onun kimi ermənipərəst qüvvələr narahatlıq hissi keçiriblər:

“Zatulin müsahibəsində iddia edib ki, müharibə çağırışları ilə bağlı bizim rəqibimiz Azərbaycanın rəhbərliyi və siyasi dairələrdir. Mən Milli Məclisdə çıxış edərkən də bildirdim ki, Azərbaycanın siyasi dairələri Azərbaycan xalqı və ölkə rəhbərliyidir. Həmçinin qeyd etdim ki, bu gün parlamentdə Azərbaycan xalqı təmsil olunur. Parlamentdə bitərəflər və 10-dan çox siyasi partiyanın nümayəndələri var.  K. Zatulin belə fikirlər formalaşdırmaqla həm Azərbaycan hakimiyyətinə və xalqına qarşı çıxmış olur. O həmçinin müsahibəsinə deyib ki, əgər müharibə başlasa Azərbaycan dövlətinin özü dağılacaq. Hesab edirəm ki, onun bu  açıqlaması birbaşa olaraq Azərbaycan dövlətinə təhdiddir. Və biz bunu qətiyyətlə pisləyirik! Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Amma o,  Rusiya parlamentində təmsil olunduğuna görə, onun qeyri-ciddi fikirlərinə münasibətimizi bildirməliyik. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Milli Məclisdə təmsil olunan deputatların fikirləri onların şəxsi mövqeyidir”.

Çingiz Qənizadə bildirdi ki, Azərbaycanla Rusiya arasındakı dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsi erməni lobbisini və onların təsiri altında olan ayrı-ayrı şəxsləri çox narahat edir.

“Bu baxımdan da onlar bu münasibətə, dostluğa, əməkdaşlığa kölgə salmaqdan ötəri əllərindən gələni etməyə hazırlaşırlar. Xüsusilə də son vaxtlar Rusiya prezidenti Vladimir Putin ilə cənab prezident  İlham Əliyevin təkbətək görüşləri, qarşılıqlı səfərlər, razılaşmalar bu cür dairələri narahat edir. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi qeyd edirəm ki, bu cür dostluğun və əməkdaşlığın inkişafında maraqlıyıq. Və cənab prezident tərəfindən bu istiqamətdə aparılan işlərə müvvəffəqiyyətlər arzulayırıq.

Ç.Qənizadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.

“Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Bizə qonşu ölkədir. Mən deputat həmkarlarıma, siyasətçilərə, jurnalistlərə müraciət edirəm ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar. Bir hüquqşünas kimi qeyd edirəm ki, SSRİ dövründə baş verən hadisələri Rusiya ilə bağlamaq yanlışlıqdır. Biz demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Deyirik ki, keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyi və sovet ordusu törədib. Biz bu cür məsələlərlə bağlı olduqca ayıq=sayıq olmalıyıq. Və dostluq münasibətləriinə kölgə salacaq hərəkətlərdən çəkinməliyik”.

Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib:

“ Zatulin 23 may 2010-cu ildə Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib. Müşahidəçi qismində orada iştirak edib.  Bu da onun bitərəfliyini şübhə altına alır. Beynəlxalq hüququn subyekti olmayan bir ərazidə heç kim tərəfindən tanınmayan “seçkiləri” izləmək adı ilə Dağlıq Qarabağa səfər etməsi onun ermənipərəst mövqeyinin bariz nümunəsidir. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, çoxsaylı ermənilər də yaşayır. Şübhəsiz ki, onun ermənilərlə sıx əlaqəsi var. O, bütün fəaliyyəti boyu özünün ictimai-siyasi fəaliyyətini erməni lobbisinin təsiri və maliyyəsi ilə həyata keçirən biridir”.

Deputat deyib ki, bir neçə gün bundan öncə bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin Dağlıq Qarabağ adı altında mitinq keçirmək cəhdləri ilə əlaqədar jurnalist ona sual verib:

“Jurnalist sualında dedi ki, siz niyə mitinqə qatılmadınız, axı siz də xalq hərəkatının nümayəndələrindən birisiniz? Mənim cavabım isə jurnalistə qısa və konkret oldu. Dedim ki, Dağlıq Qarabağ probleminin  həlli  ilə bağlı məsələni xalq olaraq səlahiyyəti və etibarı cənab prezidentə vermişik. Və bizim hər birimiz cənab prezidentin əsgəriyik. Əgər müharibə olacaqsa biz silahla, sülhlə Qarabağ azad olunacaqa gül-çiçəklə biz ora gedəcəyik”.

Prezident İlham Əliyev “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ni təsdiqləyib.

Dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Sənədə əsasən, Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı Azərbayсan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 150 sm, eni 90 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnib.

Qumaşın üz tərəfi “Azərbayсan Respublikasının Dövlət bayrağı haqqında” Azərbayсan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbayсan Respublikası Dövlət Bayrağının təsviri şəklindədir.

Qumaşın arxa tərəfində qırmızı zolağın ortasına ipək parçadan Dövlət Sərhəd Xidmətinin hündürlüyü 55 sm olan emblemi tikilir.

Qumaşın arxa tərəfində yaşıl zolağın aşağı kənarı boyunсa qızılı rəngli ipək sapla aşağıdakı sözlər yazılır:

1. Dövlət Sərhəd Xidmətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti”,

2. Sərhəd Qoşunlarının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları”,

3. Çevik Hərəkət Qüvvələrinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri”,

4. Sahil Mühafizəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi”,

5. Sərhəd Nəzarətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti”,

6. Naxçıvan Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Naxçıvan Əlahiddə Sərhəd Diviziyası”,

7. sərhəd dəstəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 00-сı (sərhəd dəstəsinin nömrəsi) sərhəd dəstəsi”,

8. hərbi hissənin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” (hərbi hissənin adı göstərilməklə).

Rəqəmlərin hündürlüyü 7 sm, hərflərin hündürlüyü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5 sm-ə, hərflərin ölçüsü 4 sm-ə qədər azaldıla bilər.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

Dəstək tünd qəhvəyi boya ilə rənglənir, laklanır, aşağı uсunda metal halqa, yuxarı uсunda isə nikellənmiş fiqurlu uсluq olur.

Bayrağın qaytanı eşmə olub, qızılı rəngli ipəkdən hazırlanır, hər iki uсunda qotaz vardır. Qaytanın uzunluğu 270-285 sm-dir.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında çıxış edərək bütün dəyərli müəllimləri Müəllimlər Günü münasibəti ilə təbrik edib: "2 müəllimin övladı olaraq müəllimlik peşəsinin çox çətin, amma ən gözəl peşə olduğunu yaxşı bilirəm. Bizi yetişdirən, öyrədən müəllimlərimizi narahat edən bəzi məsələləri, onların təkliflərini buradan səsləndirmək istəyirəm. Müəllimlərlə görüş zamanı onlar bu təklifləri Milli Məclisdə səsləndirməyimizi və öz həllinin tapmasını xahiş edirlər. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər. İpoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və.s şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var. Məsələn 20 ilə yaxın və ondan çox iş stajı olan müəllimlərin güzəştli ipotekadan güzəştli qaydada istifadə edən qruplara daxil edilməsi müəllimlər üçün əsl bayram hədiyyəsi, təbriki ola bilər. Bu eyni zamanda gənclərin müəllimlik peşəsində həyatını həsr etməsində də önəmli stimullardan biri olardı. Milli Məclisi müvafiq qurumlarla, hökumətlə büdcə müzakirələrindən öncə bu məsələni müzakirə etməyə və müəllimlərin təkliflərinin öz həllini tapmasına dəstək olmağa çağırıram. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.

Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.

Oktyabrın 3-də 58 yaşını qeyd edən sabiq icra başçısına sui-qəsd edən Yunis Səfərovun apelyasiya  şikayəti təmin edilmədi; Gəncəni qana bulayan şəxsi özü məhkəməyə gətirilmədi

Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun şikayətinə baxılıb.

Yunis Səfərov işgəncələrdən və hüquqşünas Elçin Sadıqovun şəxsində vəkil müdafiəsindən məhrum edildiyindən şikayətlənib.

Amma apelyasiya instansiyası şikayəti təmin etməyib, Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə “Turan”a Bakı Apelyasiya Məhkəməsindəki mənbə bildirib.

Səfərov özü məhkəməyə aparılmayıb.

Gəncə şəhərində anadan olmuş Yunis Səfərov ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışdır.

Cari il iyul ayının 3-də isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir.

İlgili resim

Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstə həbs edilib.

Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin yeni fotosu yayılıb. Şəkil Elmar Vəliyevin doğum tarixi ilə əlaqədar lentə alınıb.

Elmar Vəliyevin 58 yaşı tamam olub.

Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün sabiq icra başçısını əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.

Hüquq professoru İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans işə başlayır

Oktyabrın 8-də “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılacaq. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti toplantısı da keçiriləcək. Toplantıda Assosiasiyanın 2017-ci ilin mayından 2018-ci ilin avqustunadək olan dövr üçün fəaliyyətinə dair məlumat veriləcək, yeni namizədlərin üzvlüyə qəbul olunması ilə bağlı təkliflərə baxılacaq. Qurum üzvləri təşkilatın 2018 - 2019-ci illər üçün Fəaliyyət Planı təsdiqləyəcək, gündəlikdə duran məsələləri müzakirə edəcəklər.

Təbrizin bələdiyyə sədri İrəc Şəhin Baher özünə daha bir antitürk mövqedə olan müşavir seçib.

Avropa.info xəbər verir ki, PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənah şəhərin inkişaf planı üzrə Təbriz bələdiyyə başqanının müşaviri təyin olunub.

İ.Şəhin Baherin bu qərarı azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

Bir müddət əvvəl isə tanınmış panfarsist İsfəndiyar Qarabaği incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə başqanının müşaviri vəzifəsinə təyin olunub. O hər zaman Azərbaycan türk millətinin milli kimliyinə qarşı radikal mövqe sərgiləyib, bu istiqamətdə bağışlanmaz addımlar atıb.

Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlama Milli Məclisdə də müzakirə mövzusu olub.

Deputat Çingiz Qənizadə bu məsələyə diqqət çəkərək deyib ki, MDB ilə iş komitəsinin rəhbərilyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır: “Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik!”

Ç.Qənizadə daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət çəkdi: “Zatulin Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib və Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, ermənilər də yaşayır. Mən bu tribunadan istifadə edib demək istəyirəm ki, biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq! Biz heç vaxt demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Biz deyirik ki, bu hadisələri SSRİ rəhbərliyinin əmri ilə sovet ordusu törədib”.

Sonda deputat Qarabağ mitinqinə niyə getmədiyi barədə jurnalistlərin sualına verdiyi cavabı təkrar etdi: “Biz hamımız cənab prezidentin əsgərləriyik. Əgər silahla olacaqsa, silahımızla, sülh yolu ilə olacaqsa, gül-çiçəklə Qarabağa gedəcəyik”.

"Yeni Müsavat"ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edir.

Musavat.com xəbər verir ki, bu gün, oktyabrın 5-də, saat 12.30-da baş tutan növbəti canlı yayımın qonağı tanınmış aktyor, viner Taleh Yüzbəyov oldu. Qonağımız bizimlə yaradıcılığı, sosial xarakterli vineları ilə bağlı danışdı. 

Musavat.com

"Dövlət Miqrasiya Xidmətində keçirilən qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib.

O bildirib ki, hər ayın axırıncı həftəsinin 5-ci günü Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edir: "Qəbula hər bir vətəndaş və əcnəbi şəxs gələ bilər".

V.Hüseynovun sözlərinə görə, qəbula gələnləri şəxsən qəbul edir və dinləyir: "Dövlət Miqrasiya Xidmətində qəbul gec saatlara qədər davam edir. Nəticə odur ki, biz bütün vətəndaşları qəbul edirik".

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında iki qatar toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 320 nəfər xəsarət alıb.

Qeyd olunur ki, paytaxt Pretoriyaya hərəkət edən qatar stansiyada digər qatarla toqquşub.

Xəsarət alanlardan 32 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.