"Dövlət Miqrasiya Xidmətində keçirilən qəbullar sonuncu vətəndaşla görüşməyənə qədər bitmir".
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib.
O bildirib ki, hər ayın axırıncı həftəsinin 5-ci günü Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edir: "Qəbula hər bir vətəndaş və əcnəbi şəxs gələ bilər".
V.Hüseynovun sözlərinə görə, qəbula gələnləri şəxsən qəbul edir və dinləyir: "Dövlət Miqrasiya Xidmətində qəbul gec saatlara qədər davam edir. Nəticə odur ki, biz bütün vətəndaşları qəbul edirik".