Son xəbərlər

 

Nostalji hislərlə baxdığımız, çox xırdalıqlara toxunan, yaddaşımızda gözəl xatirələr buraxan, bir sıra nəsillərin tərbiyəsinə ciddi təsir göstərən filmlərimiz sovet dönəmində çəkilməsinə baxmayaraq Azərbaycan milli geyimlərinin nümayişində, təzahüründə, təbliğatında mühüm rol oynayıb.

 

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva deyib.

Onun sözlərinə görə, geyimlərlə bağlı ən qədim dövrü “Dədə Qorqud” filmində görmək mümkündür.

Baxmayaraq ki, film 1975-cı ildə çəkilib, amma ondan əvvəl və sonra çəkilən filmlərdən daha erkən dövrün geyimlərini bizə göstərir. Bunlar hansı geyimlərdir? O geyimlər haqda yazılı mənbəmiz yoxdur. Bunun üçün biz pul vahidlərinin, dəmir qabların üzərinə, əlyazmaların yanında çəkilmiş nələrəsə baxa bilərik. Manna dövründə Cənubi Azərbaycan ərazisində, Həsənlidə qızıl cam tapılıb. Onun üzərində Manna dövrü insanlarının geyimi var. Bunlar dizə qədər və dizdən aşağı kətana oxşar suf kimi parçadan hazırlanmış atma geyimlərdir. Onların çiyin bərkidilən yerləri daha çox ellin mədəniyyətini xatırladır. Makedoniyalı İsgəndərin şəkillərinə baxsaq xeyli oxşarlıqla görə bilərik. Ona görə bu, bizimki sayıla bilmir. Bu, bizə gələn təsirlərdir.

“Babək”dəki geyimlər əvvəlki filmlərdən təkrardır. Babəkin döyüşçüləri “Nəsimi”dəki döyüşçülərin geyimini geyiniblər.

12-ci əsrə aid film isə 1982-ci ildə çəkilən “Nizami”dir. Orda başdan-ayağa qədər hər kəs ərəb geyimindədir. Uzun köynəklər, onun üzərindən uzun arxalıqlar, qurşaq, əmmamələr…Filmdə qadınların başında kəlayağılar var, amma onlar müxtəlif formalarda bağlanıb və bağlama formasında yenə də ərəb stili gözə çarpır.

Geyimlərimizlə bağlı ensiklopediyaya baxmaq istəyirsinizsə “O olmasın, bu olsun”, “Arşın mal alan”ın ilk versiyası, “Dəli Kür” filmini izləyin. Filmdə bir səhnə var, qadınlar sırğalarını göstərmək üçün kəlayağılarını qulağın arxasına keçirirlər. Hətta həmin dövrdə hamının başı bağlı gəzməsinə baxmayaraq onu açmaq olarmış.

“Dərviş Parisi partladır” filmində isə biz Qarabağ geyimlərini görürük. Həmin filmdə gözəl aktrisa Leyla Bədirbəylinin istifadə etdiyi zinət əşyalarının bəzisi öz evindən gətirdikləri olub. Amma təəssüflər olsun ki, araşdırma zamanı Azərbaycan filmləri içərisində Səfəvi dövrünün geyimlərini görmədim”.

Etnoqraf baş geyimlərinin əhəmiyyətdən də danışıb.

“Milli geyimdə diqqətimizi cəlb edən ilk nüans baş geyimləridir. İnsanlar baş geyimini çox bahalı materialdan tikdirirdilər. Ərəblərdən sonra isə əmmamələr çox dəbə düşdü. Fikir versəniz, əmmamələr insanların bədən ölçüsü ilə assosiasiya olunurdu. Geyim araşdırmaçıları əmmamələrin çox funksiyalı olduğunu qeyd edirlər”.

Sevdagül Əliyeva həmçinin şəxsi kəlayağı kolleksiyası olduğunu bildirib.

“Hansı xarici ölkəyə getsəm mütləq kəlayağım üzərimdə olur. Hamıya kəlayağı hədiyyə edirəm. Özümün də kəlayağı kolleksiyam var. Onlar mənə anamdan, bacımdan bir sözlə qohumlardan yagidardır. Kolleksiyamda gəlin gətirəndə istifadə olunan bir kəlayağı var, üzərində “Toyunuz mübarək” yazılıb. İndi belə kəlayağılar tapmaq mümkün deyil. Ən qədimi kəlayağım 1960-cı illərə aiddir”.

Qeyd edək ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəni həyata keçirir.

Məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.

03 Aprel 2025 Putinin adamı ABŞ-a Trampı sakitləşdirmək üçün gedib
05 Mart 2025 Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti
04 Fevral 2025 Türkiyəli məşhur müğənni Bakıya gəlir
15 Yanvar 2025 Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi
09 Yanvar 2025 Daha bir Hollivud aktyorunun evi yandı
07 Yanvar 2025 Nicat Rəhimovun səhhətində problem yarandı - Video
27 Dekabr 2024 Tarkandan təyyarə qəzasına reaksiya
26 Dekabr 2024 Türkiyəli məşhurlardan başsağlığı paylaşımları
17 Dekabr 2024 Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas
17 Dekabr 2024 2025: Yaşıl ilan ilində bizi nələr gözləyir?
16 Dekabr 2024 Dünyanın ən bahalı xəncəri: Sultan Şaha göndərəcəkdi - Foto
11 Dekabr 2024 Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var
10 Dekabr 2024 Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
09 Dekabr 2024 Nəsiminin Suriyadakı məqbərəsi - Yeni video
06 Dekabr 2024 Məşhur aşpaz həbs cəzası aldı
06 Dekabr 2024 Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı
06 Dekabr 2024 Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”
05 Dekabr 2024 İlber Ortaylı xəstəxanaya yerləşdirildi
05 Dekabr 2024 “Vahid” serialdan gedir
05 Dekabr 2024 Sərdar Ortaç bu halı ilə sevənlərini üzdü - Foto
04 Dekabr 2024 Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında